Prezidentliyi dövründə Amerikan istehsalı məhsulların rəqabətə davamlı olması üçün zəif dollar tərəfdarı olan Donald Trampın maliyyə siyasətində qəfil dönüş etmək niyyətindədir.
Donald Trampın Fox Business Network-a müsahibəsində “Güclü bir dollar sahib olmaq üçün çox əlverişli bir zamandayıq” deməsi Ağ Evin yeni maliyyə siyasətinin anonsu kimi dyərləndirilir.
Tramp güclü dolların Amerikan şirkətlərinə zərər verdiyini, əcnəbi şirkətlərlə rəqabətdə zəif duruma saldığı haqqında bu günə kimi dəflərlə çıxışlar edib. Hətta dolların dünyanın aparıcı valyutaları ilə müqayisədə zəiflədilməsi üçün Amerkan Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyyatlar Sisteminə təzyiqlər etdiyi haqqında da dəfələrlə xəbərlər yayılıb.
İndi isə Tramp qəflətən bu günə kimi yürütdüyü siyasətdən imtina edərək güclü bir dolların zamanın gəldiyi haqqında açıqlama ilə çıxış edir.
Güclü dollar dərhal digər valyutaların zəifləməsi anlamana gəlməsi demək olduğundan Trampın bu açıqlaması Elman Rüstəmov üçün bəd xəbər hesab oluna bilər. Belə görünür ki, manatın dollara mövcud kursunu saxlamaq bundan sonra daha çətin olacaq.
P.S. Güclü dollar ABŞ və Beynəlxaql Valyuta Fondundan kredit almaq istəyən dövlətləri daha çətin vəziyytə salacaq. Son məlumatlara görə ABŞ və Beynəlxaql Valyuta Fondundan kredit almaq üçün növbədə duran dövlətlərin sayı 100-ü keçib.