Eldar Mahmudovun və Elmar Məmmədyarovun ailəsinə məxsus korrupsiyanın aşkarlanmasına iki mühüm aspektdə baxmalıyıq.
1. Eldar Mahmudov bu hakimiyyətin toxuna bilmədiyi şəxs kimi dəyərləndirilməlidir.
a) O, hakimiyyətin içərisində hansısa səbəbdən bu statusa malikdir və gücü, güclü tərəfdarları var (Quruplaşma və ya quruplaşmalar tərəfindən dəstəklənə bilər).
b) Hakimiyyət sadəcə, ona toxunmamaq xəbərdarlığı ala bilər.
A variantını analiz etsək bu qənaətə gələrik ki, hakimiyyətin çox güclü quruplarından birinin və ya bir neçəsinin konkret sıradan çıxması prosesi gedir. Yəni Mahmudovun bu şəkildə vurulması onun özünün deyil, ona üfiqi, ya da şaquli bağlı olan gücün sıradan çıxarılması işidir.
B variantını gözdən keçirsək bu qənaətə gələrik ki, artıq dünyada Mahmudovu dəstəkləyən qurupun zəifləməsi prosesi gedir. Bu qurupun qlobal güc olduğu şübhəsizdir. Məsələn MTN işində İlham Əliyevin ritorikası “Mənə xəyanət etdilər”dən başladı bir iki korrupsiya ittihamı ilə yekunlaşdı. Eldar Mahmudova toxunulmadı. Amma indi məsələ Britaniya məhkmələrində qalxır. Bu o deməkdir ki, Azərbaycanda hansısa gücün qlobal dayaqları ilə birgə vurulması prosesi gedir.
2. Siz bu məsələyə bir də ELmar Məmmədyarovun korrupsiya ifşası kontekstində baxın. Bir ölkənin dünyadaki bir nömrəli simasının ləkəsini ifşa etmək o üzü bir də gərməmək niyyətindən irəli gəlmirmi? Yəni Azərbaycan hökuməti ilə diplomatik ünsiyyətin bitməsi artıq Qərb dünyasını narahat etmir.
Bir sözlə Azərbaycan hakimiyyətinin bu cür vurulması həm də onların lobbilərinin vurulmasıdır. Bu məsələdə qəti olan Qərb dairələri lobbi təşkilatlarına demək istəyirlər ki, daha bu şəxslər üçün xahişə gəlmək yersizdir. Yəni filmin sonunun sonuna yaxınlaşırıq!
Seymur Həzi